Dişə plomb qoyulması


Diş çürüyü vaxtında müalicə olunmadıqda ağrı, infeksiya və hətta diş itkisinə səbəb ola bilər. Dişə plomb qoyulması çürük nəticəsində zədələnmiş toxumanın təmizlənərək xüsusi materialla doldurulması prosesidir. Məqsəd sadəcə boşluğu bağlamaq deyil — dişin funksiyasını, möhkəmliyini və estetik görünüşünü qorumaqdır.

Dişə plomb qoyulması müasir stomatologiyada ən çox tətbiq olunan prosedurlardan biridir. Proses çürük toxumanın təmizlənməsi, boşluğun xüsusi materialla doldurulması və dişin anatomik formasının bərpasından ibarətdir. Müasir texnologiyalar sayəsində prosedur demək olar ki, ağrısız və yüksək dəqiqliklə həyata keçirilir.

Müasir stomatologiyada məqsəd "sadəcə doldurmaq" deyil, biomimetik yanaşma ilə dişin təbii quruluşunu maksimum qorumaqdır. Keyfiyyətli diş plombu, onun mövcud olduğu fərq edilməyən, yəni tamamilə sizinmiş kimi görünən və hiss olunan plombdur.

Təbii dişlərə uyğun olan, hətta onları estetik cəhətdən təkmilləşdirən, lakin "mən süniyəm" deyə qışqırmayan, çeynəmədə tam rahat olan, problemlərə səbəb olmadan illirlə xidmət edən plombların hazırlanması həkim təcrübəsi və istifadə olunan materiallardan asılıdır. Misal üçün 26 ildən artıq təcrübəsi olan stomatoloq Fərid Zeynalovla daha az təcrübəsi mütəxəssisin işi arasında həm texniki, həm də estetik fərq olur. Eyni material belə fərqli əllərdə fərqli nəticə verir. Təbii ki stomatloqun təhsili və mütəxəsisslik səviyyəsi də çox vacibdir.

dişlərin plomblanması əvvəl sonra

Dişə plomb qoyulması prosesi: addım-addım izah.


1. İlkin müayinə və diaqnostika:

Hər şey düzgün diaqnozla başlayır. Klinik baxış və lazım olduqda rentgen müayinəsi aparılır. Bu mərhələdə:
  • Çürüyün dərinliyi müəyyən edilir
  • Sinirə yaxınlıq qiymətləndirilir
  • Hansı plomb materialının uyğun olduğu seçilir
disin plombu

Bəzən çürük səthdə kiçik görünür, lakin daxilində daha geniş olur. Bu səbəbdən rentgen müayinəsi vacibdir və riskləri aradan qaldırır.

2. Anesteziya (lazım olduqda):

Müasir lokal anesteziya texnikaları sayəsində diş plomblama demək olar ki, ağrısızdır. Əvvəlcə səthi keyidici gel tətbiq edilir, sonra çox incə iynə ilə anesteziya vurulur. Rahatlaşdırıcı metodlar:
  • Psixoloji izah və pasiyentin məlumatlandırılması
  • İynədən əvvəl gel və ya sprey səthi keyləşdiricilərin istifadəsi
  • Yavaş inyeksiya texnikası
  • Xüsusi incə iynələr
Anesteziya qorxusu olan pasiyentlərdə stressi azaltmaq üçün xüsusi yanaşma tətbiq olunur. Çox nadir hallarda narkoz istifadə oluna bilər.

3. Çürük toxumanın təmizlənməsi:

Bu mərhələdə zədələnmiş toxuma xüsusi alətlərlə çıxarılır. Məqsəd sağlam toxumanı maksimum qorumaqdır. Müasir texnologiyalar:
  • Turbin və mikromotor sistemləri
  • Karies detektor boyalar
  • Xüsusi əl alətləri
plomblama stomatoloq

Çürük tam təmizlənməzsə, plombun altında təkrar çürük yarana bilər.

4. Yapışdırıcı sistem (bonding mərhələsi):

Müasir kompozit plomb materialları dişə kimyəvi bağlanma yolu ilə yapışır. Bunun üçün:
  • Diş səthi 36 %-lik fosfor turşusu geli ilə mikro-aşındırılır
  • Bond (kompozin yapışdırıcı) material tətbiq olunur
  • Qurudulur və işıqla bərkidilir
dişə plomb

Bu mərhələ plombun möhkəmliyini və dişə tutunmasını müəyyən edir. Müxtəlif bond növləri və markaları istifadə oluna bilər. Doktor Fərid Zeynalov ən keyfiyyətli müasir VI və VII nəsil bondlar (Dentsply Sirona - Pime&Bond Universal və Kuraray Noritake - Clearfil Liner Bond F) istifadə edir.

5. Plomb materialının yerləşdirilməsi:

Material qat-qat yerləşdirilir və hər qat xüsusi LED işıqla bərkidilir. Bu, daxili boşluq və çatların qarşısını alır. Stomatoloq bu mərhələdə:
  • Dişin anatomik formasını bərpa edir
  • Dişləmə səthini düzgün formalaşdırır
  • Estetik uyğunluğu təmin edir
plomba qoyulması

Bu plomblamanın ən vacib mərhələsidir. Düzgün formalaşdırma və plombun həm dişin özünə, həm yandaki dişlərə, həm də qarşıdaki dişlərə düzgün uyğunlaşdırması stomatoloqun təcrübəsindən və əl bacarığından asılıdır.

6. Dişləmin yoxlanması və cilalanma:

Plomb qoyulduqdan sonra dişləm (qapanış, prikus) yoxlanılır. Hündürlük varsa, düzəliş edilir. Son mərhələdə:
  • Dişləmin rahatlığı təmin edilir
  • Səth cilalanır
  • Parlaqlıq təmin edilir
  • Təbii görünüş əldə olunur
Plombun quruluşu sadəcə estetikanı təmin etmir, ilk növbədə çeynəmə funksiyasını təmin etməlidir. Bu məqamda düzgün qapanışın (dişləmin) təmin olması çox əhəmiyyətlidir. Keyfiyyətli cilalanma isə gələcəkdə ləkələnmənin qarşısını alır və ümumiyyətlə plombun ömrünü uzadır.

dişə plomb qoyulması

Plomblama sonrası qayğı

Plombu hazırlamaq qədər, plomba qulluq etmək də vacibdir. Plombun ömrünü uzatmaq və estetikanı qorumaq üçün:
  • İlk 2 saat qida qəbul etməmək - anesteziyanın (keyləşmənin) təsiri tam keçənə qədər qida qəbul etməyin. Əks halda fərqində olmadan yanağınızı və ya dilinizi dişləyə bilərsiniz.
  • Sərt qidalardan uzaq durmaq - ilk 24 saat ərzində qoz, fındıq kimi sərt və saqqız, iris kimi yapışqan qidalardan uzaq durun. Ümumiyyətlə çox sərt qidalar dişlər üçün zərərlidir. İlk bir neçə gün dişlərdə isti və soyuğa qarşı həssaslıq ola bilər. Çox qaynar və ya buzlu içkilərdən qaçının.
  • Gündə 2 dəfə fırçalama - plomb qoyulan günü dişi fırçalamaq olar. Lakin həmin nahiyədə hərəkətlərin daha yumşaq olmasına diqqət edin.
  • Diş sapından (floss) istifadə - diş aralarına qoyulan plombların ətrafını təmizləyərkən sapdan ehtiyatla istifadə edin. Sapı yuxarı çəkərək deyil, yana doğru sürüşdürərək çıxarmaq daha təhlükəsizdir.
  • 6 ayda bir profilaktik müayinə - diş problemlərini hələ ağrı və ya ciddi fəsad yaratmadan, başlanğıc mərhələsində aşkar etməyə imkan verir. Bu müntəzəm vizitlər zamanı həyata keçirilən peşəkar təmizləmə, ev şəraitində fırçanın çata bilmədiyi diş daşlarını və ərpi kənarlaşdıraraq diş əti xəstəliklərinin qarşısını alır. Müntəzəm yoxlanışlar həmçinin uzunmüddətli perspektivdə büdcənizə qənaət edir; çünki kiçik bir çürüyü plomb etmək, irəliləmiş kanal müalicəsi və ya implant prosedurlarından daha asan və az xərclidir. Bir növ, bu vizitlər təkcə dişlərinizi deyil, ümumi sağlamlığınızı və gülüşünüzün estetikasına zəmanət verir.
Vacib qeyd: Əgər dişlərinizi sıxdıqda plombun digər dişlərdən daha yüksək (çıxıntılı) olduğunu və ya çeynəməyə mane olduğunu hiss edirsinizsə, mütləq həkimə müraciət edin. "Özü sürtülüb düzələr" deyə gözləmək plombun qırılmasına və ya çənə oynağı problemlərinə yol aça bilər. Keyləşmə keçdikdən sonra yüngül sızıltı normaldır. Ehtiyac yaranarsa, həkiminizin tövsiyə etdiyi ağrıkəsicini qəbul edə bilərsiniz.

Nəticə: müasir texnologiyalar və peşəkar yanaşmanın rolu

Dişə plomb qoyulması müasir stomatologiyada təhlükəsiz, sürətli və effektiv prosedurdur. Əsas məqsəd yalnız çuxuru doldurmaq deyil, dişin təbii funksiyasını və estetik görünüşünü qorumaqdır.Keyfiyyətli material, müasir texnologiya və təcrübəli həkim seçimi plombun illərlə problemsiz qalmasını təmin edir. Diş sağlamlığına vaxtında diqqət yetirmək daha mürəkkəb və bahalı müalicələrin qarşısını alır.

Stomatoloqunuza probleminizlə əlaqəli müraciət edin, onun peşəkar tövsiyələrinə qulaq asın, öz gözləntilərinizi aydın şəkildə ifadə edin və hər zaman ən keyfiyyətlisini seçin. Sağlam diş - rahat həyat deməkdir.
zirkonyum giymət
sirkon diş

Bəli, hamiləlik dövründə plomb qoydurmaq mümkündür və bəzən zəruridir. Ən uyğun dövr 2-ci trimestr (4-cü, 5-ci və 6-ci aylar) hesab olunur. Müasir anesteziklər hamiləlikdə təhlükəsizdir və vaxtında müalicə infeksiyanın qarşısını alaraq həm ana, həm də körpə üçün riskləri azaldır. Müalicəni başlamadan əvvəl stomatoloqa həmiləlik haqda mütləq məlumat verilməlidir.

Xeyr, adi plomblama zamanı diş "öldürülmür". Əgər çürük sinirə qədər çatmayıbsa, yalnız zədələnmiş toxuma təmizlənir və diş canlı qalır. Sinir yalnız dərin infeksiya və ya güclü ağrı olduqda çıxarılır ki, bu artıq kanal müalicəsi (endodontik müalicə) sayılır, sadə plomb deyil.

Mütləq. Süd dişləri vaxtından əvvəl itirilərsə, daimi dişlərin düzülüşü pozula bilər və ortodontik problemlər yaranar. Süd dişindəki çürük müalicə olunmazsa ağrı, abses və infeksiya riski artır. Ayrıca diş cərgələrinin gələcəkdə əyri olma riski artır. Qeyd etmək istəyirik ki, diş həkimi Fərid Zeynalov uşaqları müalicə etmir.

Plomb kənarında qaralma, sızma, çat və ya təkrar çürük yaranarsa dəyişdirilməlidir. Həmçinin dişləməyə mane olan və ya estetik baxımdan uyğun olmayan plomb da yenilənə bilər. Qənaətbəxş vəziyyətdə olmayan plombun dəyişdirilməsi dişin ağızda qalma müddətini artırır.

Bəli, əksər hallarda mümkündür. Pasiyentin ümumi vəziyyətindən və anesteziya miqdarından asılı olaraq 2–4 diş eyni seansda müalicə edilə bilər. Adətən bu yan-yana olan dişlərdə mümkündür. Bu həm vaxt baxımından sərfəlidir, həm də ümumi müalicə planını sürətləndirir.

Bu halda kanal müalicəsi (endodontik müalicə) aparılmalıdır. Sinir toxuması çıxarılır, kanallar dezinfeksiya edilir və xüsusi materialla doldurulur. Daha sonra diş plomb və ya bəzən qapaqla bərpa olunur. Müalicəyə qərər vərmək üçün mütləq həkim müayinəsi və rentgenə ehtiyac var.

Sadə və səthi çürükdə prosedur təxminən 20–30 dəqiqə çəkir. Daha dərin və böyük boşluqlarda bu müddət 40–60 dəqiqəyə qədər uzana bilər. Əlavə qoruyucu baza və ya estetik qatlama texnikası tətbiq olunarsa vaxt bir qədər arta bilər. Ön dişlərin estetik plomblanması daha çox vaxt tələb edir.

Bəli, mümkündür. Kanal müalicəsi tamamlanmış dişlər də plomb ilə bərpa oluna bilər. Lakin diş çox zəifləyibsə və ya böyük hissəsi itibsə, uzunömürlü nəticə üçün qapaq (koronka) daha məqsədəuyğun ola bilər.

Mr. Dent - stomatoloji klinika.


Bakı şəhəri,
Adil İsgəndərov küçəsi 13a,

"AzNeft" meydanı yaxınlığı, SOCAR və Heydər Əliyev Fondunun arxası, "Funikulyor"-un yanı.
diş müalicəsi
dişlərin