Dişlərin ağardılması


Dişlərin ağardılması (buna "diş ağartma, dişlərin bəyazladılması, teeth bleaching, teeth whitening" da deyilir) əsasən ön dişlərin estetik görünüşünü yaxşılaşdırmaq üçün xüsusi kimyasal vasitələrin tətbiq edilərək diş səthinin rənginin dəyişdirilməsi proseduruna deyilir. İstifadəsindəki məqsəd dişlərə mümkün olduğu qədər az zərər vermək və maksimal dərəcədə estetik nəticələr əldə etməkdir. Dişlərin ağardılması proseduru dişlərin formasında, ölçülərində, diş cərgələrinin formasında hər hansı bir dəyişikliyə səbəb olmaz, sadəcə dişlərin rəngində əhəmiyyətli deyişmələr etməyə imkan verir. Beləcə dişlərə ən az müdaxilə edilərək, yüksək səviyyəli estetik nəticəni əldə etmək mümkün olur.
Klinikamızda dişlərin ağardılması World Dental Society-nin xüsusi "Registered Cosmetic Teeth Whitening Practitioner" kvalifikasiyasına əsaslanır.

2026 ildə diş ağartma qiymətləri.

Diş daşlarının və ərpin ultrasəs ilə təmizlənməsi və cilalanması - 90 AZN.
Air-flow ilə əlavə dərin təmizlənmə - 70 AZN.
Dişlərin Boost üsuluyla kimyasal ağardılması - 500 AZN.

Nəzərinizə çatdırmaq istəyirik ki, dişlərin ağardılması və dişlərin təmizlənməsi fərqli prosedurlardır, çox fərqli şəkildə edilirlər və nəticələri də fərqlidir. Ulrasəs skeylinq və air-flow vasitəsi ilə diş daşları və ərpdən təmizlənməsi vacib profilaktik prosedurdur, amma dişlərin bəyazladılmasına gətirmir. Sadəcə dişlər təmizlənilərək onların ilkin rəngləri bərpa edilir. Dişlərin kimyasal ağardılması proseduru isə, dişlərin təbii rəngindən bir neçə rəng çaları açıq, yanı daha bəyaz olması ilə nəticələnir.
Son zamanlar bəzi məsuliyyətsiz reklamlar dişlərin sadə təmizlənməsini dişlərin bəyazladılması kimi qələmə verərək, insanları yanıldırlar. Bu məqamda diqqətli olmaq və dişlərin ağardılması adı altında əslində nə edildiyini araşdırmaq lazımdır ki, problemlər olmasın.
diş ağardmaq

Biz ancaq öz İşlərimizi nümayiş etdiririk !

Nümunələr

Diş ağardılma mərhələləri:

  • Birinci mərhələdə bütün dişlər ultrasəs cihazı vasitəsiylə diş daşı və ərpdən təmizlənilir, air-flow üsuluyla dişlərin arası və diş əti cibləri təmizlənilir, dişlər fırçalar və xüsusi parladıcı pastalarla cilalanır.
  • Daha sonra dişlər xüsusi ağardma gelləri vasitəsiylə ağardılır. Ağardılma həkim nəzarəti altında 20-40 dəqiqə arasında həyata keçirilir. Ehtiyac olduğu halda, bir necə gün sonra, ağardılma prosedurası təkrarlana bilər.
  • Dişlər xüsusi qoruyucu lak ilə örtülərək həssaslıqdan qorunur.
dis agartma qiymeti

Dişlərin ağardılması mərhələləri.

Göstərişlər və əksgöstərişlər:

Aşağıdakı nüanslara diqqət yetirmək mütləq vacibdir:
  • Ağartmanın yalnız faktiki olaraq sağlam, zədələnməmiş dişlər üzərində, yəni heç bir nöqsanı (kariyes, emal təbəqəsinin aşınması, qopuqlar, çatlar və sair) olmayan dişlərə tətbiq edilməsi tövsiyə olunur. Əgər dişlərdə plomb vardırsa, ağartma prosedurundan sonra onları dəyişdirmək məsləhət görülür. Əgər mövcud olan plomblarda nöqsanlar vardırsa və yaxud onlar qənaətbəxş səviyyədə deyilsə, o zaman ağartmanın tətbiq edilməsi ümumiyyətlə məsləhət deyil, çünki hiperhəssaslıq və pulpit (diş özəyinin iltihabı) əmələ gəlməsi riski çox böyükdür.
  • Paradontozun mövcudluğu da dişlərin ağardılması prosedurunun həyata keçirilməsi üçün əks göstəriş hesab edilir. Əgər qinqivit vardırsa, o zaman dişlərin ağardılmasına qədər tamamilə müalicə olunmalıdır.
  • Ağartma prosedurunun aparılmasından öncə mütləq dişlərin peşəkar təmizlənməsi (ultrasəs skelinq, hava ilə təmizləmə) həyata keçirilir, yəni diş daşları və bakterial təbəqə tamamilə kənarlaşdırılır.
  • Seanslar nə qədər çoxdursa, ağartma o qədər uzun və yavaş aparılır — əmələ gələn effekt daha uzundur və davamlı nəticə də daha çox müddətədir.
  • Dişlərin ağardılmasından sonra həssaslığın aradan qaldırılması və mənfi təsirlərin qarşısının alınması üçün bir neçə seans remineralizasiya həyata keçirmək lazımdır.
Klinikamızda dişlərin peşəkar ağardılmasının (bəyazladılmasının) bütün mərhələlərində ancaq "Dental Advisor Top Award Winner" mükafatlı ən yüksək keyfiyyətli avadanlıq və materiallardan istifadə olunur.
zoom agardma
zeynalov emax diş

Dişlərdə müxtəlif növ rənqlənmələr görülə bilər. Rənqlənmə növünə və şiddətinə görə müalicəsi də müxtəlifdir. Əsasən dişlərin xüsusi ultrasəs cihazla təmizlənməsi və peroksidli jelərdən istifadə olunması yetərlidir. Bu proseduralar tamamen agrısızdır. Agır vəziyyətlərdə bu proseduralar bir neçə dəfə təkrarlana bilər.

Dişlərin ağardılması kosmetik prosedurdur və buna görə də yalnız pasiyentin istəyinə görə həyata keçirilir. Biz onu ildə bir dəfədən tez olmamaqla tətbiq etməyi məsləhət görürük. Ancaq profilaktiki təmizləməni yaxşı olar ki hər 6 aydan bir aparasınız.

Əlbəttə ki, hər şey çox fərdidir və həm ağız boşluğunun gigiyenasından, həm də dişlərin ilkin vəziyyətindən asılıdır. Normal şərtlər daxilində dişlərin bəyazlığı 10-14 ay qalır. Buna görə də biz bu proseduru ildə bir dəfə təkrarlamağı tövsiyə edirik.

В зависимости от степени окрашивания необходимо 1-3 сеанса. Предварительно конечно же должна быть проведена ещё и чистка (я это выделяю в отдельный сеанс, хотя можно проводить сразу же).

Olar. Bundan ötrü xüsusi vasitələrdən istifadə olunur, hansılar ki diş boşluğuna daxil edilir və ağartma prosesi daxildən aparılır. Daha öncə doldurulmuş diş kanalı açılır, xüsusi ağardıcı preparat yerləşdirilir və diş bir neçə günlük müvəqqəti plombla örtülür. Həmin prosedur bir neçə dəfə, arzu edilən nəticənin əldə olunmasına qədər aparıla bilər. Ağartmanın bitməsindən sonra diş tamamilə plomblanır.

Qətiyyən! Dişlərə heç bir ziyan vermədən, sadəcə kosmetik məqsədlə tətbiq etdiyimiz müxtəlif cavahirat daşları dişlər üzərinə xüsusi yapıstırıcı maddələr vasitəsiylə yapıştırılır. Bu əsnada dişlər üzərində heç bir ağrı verici və ya zərərli təsir meydana gəlmir.

Apteklərdə və marketlərdə satılan ağardıcı pastalar, gellər, karandaşlar, laklar və digər oxşar vasitələr əlbəttə ki peşəkar vasitələrdən daha az effektlidir və əksər hallarda isə ümumiyyətlə effektli deyildir. Onlarda aktiv ağardıcı maddələrin konsentrasiyası çox aşağıdır və parlaqlıq effekti əldə olunmur. Ağardıcının konsentrasiyasının çox olduğu halda isə düzgün olmayan istifadə və dişlərə ziyan yetirilməsi riski mövcuddur.

Əgər plomblar yaxşı keyfiyyətdədirsə və heç bir zədəsi yoxdursa, ağartma prosedurundan sonra onları yeniləri ilə əvəzləmək lazımdır. Əgər mövcud plomblar qənaətbəxş səviyyədə deyilsə və dişlərdə nöqsanlar vardırsa, o zaman bu köhnə plombları çıxartmaq, diş boşluğunu yaxşıca müvəqqəti plombla hermetikləşdirmək, daha sonra ağartma və həssaslığın aradan qaldırılması üçün bütün prosedurları həyata keçirmək və artıq bundan sonra dişləri daimi plomblarla bərpa etmək lazımdır. Yekun tamamlayıcı mərhələ kimi dişlərin remineralizasiyası həyata keçirilir.

Bəzi hallarda (tetrasiklinlə boyama, flyuoroz, idiopatik boyama, iatrogen boyama və sair) ağartmanın effektivliyi həqiqətən də cüzi olur. Bu halda mikroabraziya, laminasiya və estetik protezləşdirmə kimi daha radikal metodlar tətbiq edilir.

Mr. Dent - stomatoloji klinika.


Bakı şəhəri,
Adil İsgəndərov küçəsi 13a,

"AzNeft" meydanı yaxınlığı, SOCAR və Heydər Əliyev Fondunun arxası, "Funikulyor"-un yanı.
diş müalicəsi
dişlərin